RSS
 

Login:
Şifrə:
» » Sağlam bədəndə sağlam ruh olar

Xəbər lenti

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Sağlam bədəndə sağlam ruh olar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-07-2017, 11:58 | Şərh sayı: (0) | Baxılıb: 342

Sağlam bədəndə sağlam ruh olar


Sağlam bədəndə sağlam ruh olarAtalarımız “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Həqiqətən, insan ruhunun aramlığı və sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün reaksiya verə bilməsi xeyli dərəcədə fiziki sağlamlıq amilindən asılıdır.

Sağlamlığı pozulmuş şəxs həm bədənində duyduğu bioloji narahatlıq üzündən öz psixoloji müvazinətini itirir, həm də kənardan gələn mənfi rəylərə dözümsüz olur. Buna görə rahat və gözəl həyatın ən əsas şərtlərindən biri fiziki sağlamlıqdır desək, yanılmarıq.

İslam dini həyatın bütün sahələrinə nüfuz edə bilən, hər mövzuda öz hökmlərini təqdim etməyə qadir olan və insanın bütün həyati ehtiyaclarını ödəyən universal bir dindir. İnsan həyatının heç bir sahəsi İslamın diqqət və əhatə dairəsindən kənarda qalmamışdır və qala bilməz. Lakin təəssüf ki, dinimizin bəzi mövzulara münasibəti lazımınca araşdırılmamış və nisbətən kölgədə qalmışdır. Araşdırmaların əksər hissəsi başqa dillərdə olduğu üçün dindarlarımız həmin məlumatlarla tanış olmaq imkanından məhrum qalmışlar. Belə mövzulardan biri də İslam dininin sağlamlığa və idmana münasibətidir.

Dinimiz insanın həm mənəvi, həm də fiziki sağlamlığını mühüm sayır və bu məsələni diqqət mərkəzində saxlayır. İstər Quran ayələrində, istər hədislərdə, istərsə də İslam müqəddəslərinin həyat təcrübəsində fiziki sağlamlığın, fiziki qüvvənin və sağlam həyat tərzinin əhəmiyyəti dönə-dönə vurğulanır.

Qurani-Kərimdə bizlərə nümunə kimi göstərilən müqəddəs şəxsiyyətlərin bir neçəsi məhz fiziki cəhətdən sağlam və güclü insanlar kimi təqdim edilir. Həzrət Musa Peyğəmbərin (ə) Misirdən qaçdıqdan sonra Mədyən diyarında Həzrət Şüeybin (ə) qızları ilə görüşünü ifadə edən Quran ayəsində qızlar Həzrət Musanı (ə) öz atalarına güclü bir insan kimi təsvir edirlər: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” (Qəsəs, 26).

Həzrət Davud Peyğəmbərin (ə) zamanında Bəni-İsrailə hökmdarlıq etmiş Talut da Quranda bu şəkildə tanıtdırılır: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir” (Bəqərə, 247).

İslam Peyğəmbəri (s) hər zaman müsəlmanları güclü olmağa və öz güclərini qoruyub saxlamağa həvəsləndirirdi. Bununla o həzrət “...kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin” (Ənfal, 60) ayəsindəki qüvvə toplamaq göstərişini təsdiq etmiş olurdu. Peyğəmbərimiz buyurmuşdur: “(Allah yanında) güclü mömin zəif mömindən daha artıq xeyirli və daha artıq sevimlidir” (Səhih Müslim, Qədər, 34).

Yenə o həzrət buyurmuşdur: “Xoşbəxt o adamdır ki, İslamı qəbul edib, öz dolanışığını təmin edə bilir və qüvvətli bədənə sahibdir”.

İmam Əlinin (ə) aşağıdakı hədisi də sağlam və güclü bədənin ilahi nemət olduğunu diqqətə çatdırır: “Sağlamlıq ən üstün nemətdir” (Qürər əl-hikəm, 1050-ci hikmətli kəlam).

Sağlamlıq və qüvvəni öyən hədislərə digər məsum imamların da irsində rast gəlirik. Şəhidlər Sərvəri İmam Hüseyn (ə) müsəlmanlara tövsiyə edirdi: “Siz ömrünüz boyunca sağlam bədənlə yaxşı əməllər etməyə çalışın” (Tühəf əl-üqul, səh. 243).

Peyğəmbərimizin (s) Əbuzərə vəsiyyətində sağlamlıq, itiriləndən sonra qədir-qiyməti bilinən nemətlərdən biri kimi vəsf edilib: “Beş haldan qabaq beş halın qədrini bil: qocalıqdan qabaq cavanlığın, xəstəlikdən qabaq sağlamlığın, kasıblıqdan qabaq varlılığın, məşğulluqdan qabaq bekarlığın və ölümdən qabaq həyatın” (Məkarim əl-əxlaq).

Məlumdur ki, sağlamlığı qorumağın ən səmərəli üsulu müəyyən idman növləri ilə məşğul olmaq, bədəni hərəkətsizlik halından çıxarmaqdır. Təsadüfi deyil ki, sağlamlıq üçün ən faydalı olan bəzi idman növləri ilə məşğul olmaq dinimizdə çox təkid edilir. Hədis mənbələrimizi incələdikcə bu idman növləri ilə bağlı xeyli tövsiyəyə rast gəlirik. Müqəddəslərimiz müsəlmanları bu idman növləri ilə ardıcıl məşğul olmağa həvəsləndirmiş, uşaqları idmana alışdırmağı məsləhət görmüşlər. Hətta İslam tarixində rolu olan bəzi şəxsiyyətlərin müəyyən idman növləri ilə məşğul olması, yarışlara qatılması barədə rəvayətlər vardır. Məqalənin növbəti bölümlərində İslamın bəyəndiyi və dəyər verdiyi idman növlərindən söhbət açacaq, müqəddəslərimizin həmin idman növlərinə münasibəti barədə məlumat verəcəyik.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor