RSS
 

Login:
Şifrə:
» » Loğmanın (ə) hikmət qazanmasının sirri

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Loğmanın (ə) hikmət qazanmasının sirri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-01-2017, 21:38 | Şərh sayı: (0) | Baxılıb: 303

Loğmanın (ə) hikmət qazanmasının sirri


Loğmanın (ə) hikmət qazanmasının sirri Loğmanın (ə) yaşayışındakı ən maraqlı mövzu onun necə hikmət qazanması olubdur. Başqa sözlə desək, “Loğmanın (ə) hansı əməlinə görə, Allah-taala ona hikmət nemətini bəxş etdi?”-sualına cavab tapmalıyıq. Əgər bu sirr açılsa, başqaları da öz zəhmət və istedadları ilə hikmət nurunu əldə edə bilərlər.

Yuxarıdakı sualın qısa cavabı budur ki, hikmət nurunun İlahi qanunlarına görə, özünəməxsus müqəddimələrə ehtiyacı var. Onlardan ən əsası iman, ixlas, saleh əməl, zöhd və halal yeməkdir. Hikmətin müqəddiməsi haqqında ən kamil söz, həkimlərin ağası olan İmam Əliyə (ə) mənsubdur ki, buyurub:
“Hər kəs qırx gün ixlaslı olsa, halal yesə, gündüzləri oruc tutub, gecələri ibadət etsə, Sübhan Allah hikmət bulaqlarını onun qəlbinə və dilinə axıdar”.
Amma yuxarıdakı sualın təfsilatı ilə cavabı:
Loğman (ə) haqqında müxtəlif rəvayətlərdə hikmətin şərtlərindən bir sırasına işarə olunmuşdur. Necə ki, Peyğəmbərdən (s) nəql olunur:
“Həqiqətən, bildirirəm ki, Loğman (ə) peyğəmbər deyildi. O, mütəfəkkir bir qul idi. Gözəl yəqinə (imana) malik idi. O, Allahı sevir, Allah da onu sevirdi. Allah ona hikmət əta etməklə, onun boynuna minnət qoydu”.
Başqa bir rəvayətdə gəlib:
Bir kişi Həkim Loğmanın (ə) qarşısında durub ona dedi: Sən Loğmansan? Sən Bəni-Nuhasın qulusan?
Loğman (ə) cavab verdi: “Bəli”.
Kişi dedi: Sən həmin qara çobansan?
Loğman (ə) cavab verdi: “Qaralığım ki məlumdur! Nə üçün mənim haqqımda heyrətdəsən?”
O kişi dedi: Camaatın sənin evindəki izdihamı, evinin qapısına yığılmaları və sənin sözlərini qəbul etmələri.
Loğman (ə) dedi: “Qardaşoğlu, əgər sənə dediklərimi yerinə yetirsən, sən də belə olarsan”.
Soruşdu: Nəyi?
Loğman (ə) dedi: “Gözlərimi (günahdan) bağlamağım, di-limi qorumağım, yeməyimin paklığı, ətəyimin paklığı (haram şəhvətdən uzaq olmağım), əhdimə vəfa etməyim və peymana bağlılığım, qonaqpərvərliyim, qonşumu qorumağım və xoşagəlməz işlərdən uzaq qalmağım. Bu işlərin nəticəsindədir ki, sənin gördüyün bu həddə çatmışam”.
Başqa bir rəvayətdə oxuyuruq:
“Loğmana (ə) belə dedilər: Sən filan qəbilənin qulu deyilsənmi?
- Bəli.
- Bu məqama necə çatdın?
- Əmanətdarlığım, mənə yaraşmayan işlərdən uzaq qalmağım, gözlərimi (günahdan) bağlamağım, dilimi qorumağım və yeməyimin paklığı ilə. Hər kəs bu işlərdən az görürsə, məndən aşağı, çox görürsə, məndən yuxarı, eyni bu işləri görürsə, mənimlə bərabərdir”.
Başqa bir rəvayətdə gəlib:
“Bir kişi Loğmanın (ə) yanından keçərkən camaatın onun yanında durduğunu gördü. Loğmana (ə) dedi: Sən Bəni-filanın qulu deyilsənmi?
- Bəli.
- Filan yerdə, filan dağda çobansan?
- Bəli.
- Bəs bu məqama necə çatdın?
- Doğru danışmaq və mənə aid olmayan söhbətə qarışmamağımla”.
* * *
Qütbüddin Ravəndi “Lübbül-əlbab” kitabında yazır: “Loğman (ə) bir parça kağız görür ki, orada “Bismillah” yazılmışdı. Onu götürüb yeyir. Buna görə Allah ona hikmət əta edir”.
Loğmanın (ə) hikmət qazanmasının sirri haqqında ən kamil söz, İmam Sadiqdən (ə) rəvayət olunmuş hədisdir: “Agah olun! And olsun Allaha ki, Loğman (ə) nəslinə, malına, ailəsinə, cismi qüd­rətinə və gözəlliyinə görə hikmət qazanmadı. O, Allah yolunda güclü və təqvalı idi. Aram, sakit, dərin düşünən, mütəfəkkir, dəqiq görən və ibrət (dərslərinin) ustadı idi. Heç vaxt gündüz yatmazdı. O qədər iffətinə riayət edirdi ki, heç kim onu ayaqyolunda olan halda və özünü təmizlədiyi vəziyyətdə görmədi. O dərin baxışlara malik idi və ehtiyatla iş görürdü. Günah etmək qorxusundan, heç vaxt bir şey üçün (rişxəndlə) gülmədi, əsəbləşmədi, bir kəslə zarafat etmədi, dünya malı əlinə gələndə sevinmədi, əlindən çıxanda da kədərlənmədi. Bir neçə qadınla evləndi. Onlardan bir çox övladlar nəsibi oldu. Özündən əvvəl onların ölümü ürəyinə dağ çəksə də, heç birinin ölümünə ağlamadı. Hər vaxt iki küsülü, yaxud davalı adamlarla rastlaşsaydı, onların arasında dostluq və saziş yaradırdı. Hər vaxt bir kəsdən xoşuna gələn bir söz eşitsəydi, o sözün şərhini və qaynağını soruşurdu. Fəqih və həkimlərlə çox oturub-durardı. Hakimlərə, sərkərdələrə və padşahlara baş çəkirdi. Hakimlərə ürək yandırır, sərkərdə və padşahlara isə Allahı unutduqları və Ondan uzaq olduqları üçün, hidayət olsunlar deyə, qarşı çıxardı. İbrət öyrəndi. Nəfsani istəklərə qarşı çıxa biləcək bütün amilləri öyrənib, onların vasitəsi­lə (haram şəhvani istəklərinə qarşı) mübarizə etdi. O amillərin köməyi ilə şeytandan uzaqlaşdı. Fikirlə qəlbini, ibrətlə ruhunu dərman etdi. Faydasız bir yerə köç etməzdi. Bu cəhətlərə görə, ona hikmət verildi və ismət bağışlandı”.
Xatırladaq ki, bu rəvayətlər bir-biriləri ilə zidd deyillər. Çünki onlardan hər biri Loğmanın (ə) həqiqi-hikməti kəsb etmə səbəblərindən bir qismidir. Başqa sözlə desək, bu səbəblərin hər birinin hikmət nurunun Allah-taala tərəfindən Loğmana (ə) əta olunmasında rolu olmuşdur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor