RSS
 

Login:
Şifrə:
» » "Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-02-2016, 10:23 | Şərh sayı: (1) | Baxılıb: 2777

"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var?


"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var? Əhli-sünnənin məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. «Səhih-Buxari» və «Səhih-Müslim» mənbələrində məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir.
Əhməd Əmin Misri deyir: «Səhih-Buxari» və «Səhih-Müslim» hədis kitablarında bu sayaq (məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır».[1]
Bu sayaq iradlar Şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyid Məhəmməd Rəşid Rza, Şeyx İbn Məhmud kimi qərb yönümlü əhli-sünnə alimləri tərəfindən də irəli sürülmüşdür.
Digər əhli-sünnə alimləri uyğun irada kəskin etiraz etmişdir.
Doktor Bəstəvi deyir: «Güman edirlər ki, Buxari və Müslim məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır».[2]
Buxari deyir: «Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur».[3]
Müslüm ibn Həccac Quşeyri deyir: «Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub».[4]
Hakim Nişapuri deyir: «Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır».[5]
İbn Qeyn Cəvziyyə deyir: «Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır».[6]
Əbdülmöhsin ibn Həmdülibad deyir: «Etibarlı hədislər «Səhiheyn» kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur. Məsələn, «Muvta», «Səhihe-ibn Xəzimə», «Səhihe ibn Həbban», «Müstədrəke-hakim», «Cameye-Termizi», «Sünəne-Əbu-Davud», Sünəne-Nəsayi», «Sünəne İbn Mace», «Sünəne-Dar Qutni, «Sünəne-Beyhəqi» kimi kitablarda «Səhiheyndə» olmayan bir çox etibarlı hədislər var».[7]
Buxari və Müslimin məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər İmam Mehdinin (ə.f) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:
a) Dəccalın meydana çıxması – Buxari, xüsusilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.[8]
İbn Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını İmam Mehdinin (ə.f) zühuru ilə əlaqələndirmişdir.[9]
b) İsa ibn Məryəm – Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?»[10]
Müslim də eyni məzmunda hədis nəql etmişdir.[11]
Bu rəvayətlərdə İmam Mehdidən (ә.f) başqası nəzərdə tutula bilməz. Çünki «Səhih-Buxarini» şərh edənlərin hamısı rəvayətdəki imam sözünün Mehdiyə (ə.f) işarə olduğunu bildirirlər.
v) Mal bəxşişi – Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar».[13]
Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə İmam Mehdinin (ə.f) nəzərdə tutulduğu məlum olur.
İbn Əbu Şeybə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Fitnə-fəsad tüğyan etdiyi bir vaxt Əhli-beytimdən (ə) bir şəxs zühur edəcək və onun ətası böyükdür».[14]
q) Beyda əhvalatı – Müslim «Səhihdə» Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər».[15]
Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi İmam Mehdinin (ə.f) zühur əlamətlərindəndir.[16][1]




[1] Əl-Məhdi vəl-Məhdəviyyə, səh.41
[2] Əl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə
[3] Müqəddimeyi-ibn-Səlah, səh.21-22
[4] Həmin mənbə
[5] Müstədrəke-Hakim, c.1, səh.2
[6] Zadul-Məad
[7] Əl imamul-Məhdi ində əhlis-sünnə, c.2, səh.445
[8] Səhih-Buxari, c.4, səh.143; Səhih-Müslim, c.8, səh.58-85 (Nəvəvinin şərhi ilə)
[9] Təhzibul-təhzib, c.9, səh.125
[10] Səhih-Buxari, c.4, səh.143
[11] Səhih-Müslim, c.1, səh.94
[12] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
[13] “Səhih-Müslim», c.8, səh.185.
[14] “İbn Əbu-Şeybə, “Əl-Müsənnəf», səh.678.
[15] “Səhih-Müslim», c.8, səh.167.
[16] “Mustədrəke-hakim», c.4, səh.520.



Şərhlər

 
 
| | |

eliyeva.s

29 fevral 2016 15:08 Offline
Allah razi olsun
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor