RSS
 

Login:
Şifrə:
» » Şah İsmayıl Xətai 530 il

Xəbər lenti

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Şah İsmayıl Xətai 530 il

 
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 17-07-2017, 11:48 | Şərh sayı: (0) | Baxılıb: 389

Şah İsmayıl Xətai 530 il


Şah İsmayıl Xətai 530 ilBu gün babamız Şah İsmayıl Səfəvinin 530-cu doğum günüdür..

Kim idi Şah İsmayıl Səfəvi?

Şah İsmayıl Səfəvi – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Səfəvi – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

Şah İsmayıl Səfəvi – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.

Şah İsmayıl Səfəvi – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılmışdır.

Şah İsmayıl Səfəvi – dahi strateq idi. Öz qoşünlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər.

Şah İsmayıl Səfəvi – bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.

Şah İsmayıl Səfəvi – zəmanəsinin dindar lideri idi. O, Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü surətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökümət dövründə əsrlər boyu inanclarına görə təqib olunan Əhli-Beyt (ə) ardıcılları rahat nəfəs ala bildilər. O, ilk dəfə olaraq Əhli-Beyt (ə) məktəbini dövlət dini kimi elan etdi. Şah İsmayılın əmri ilə dövrün fiqh aliminin risaləsi şəriət qanunu kimi təsdiq olundu. Onun dövründə bir çox Əhli-Beyt (ə) alimi yetişərək, ölkədən kənarda da islamı yaymağa başladı. Məhz bunun nəticəsidir ki, indi Anadoluda, Gürcüstanda, Orta Asiyada, Kəşmirdə, Pakistanda, Hindistanda və digər ölkələrdə Əhli-Beyt (ə) ardıcılları yaşayır. Çünki, bu bölgələrə İslamı həmin zamanda yetişən azərbaycanlı alimlər yayıb.

Şah İsmayıl Səfəvi – ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir.

Çaldıran döyüşündən öncə o, Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: “Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz” dedi. O isə cavab verdi – “İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər”. Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, Malqoçoğlunu başından iki yerə bölmüşdü. Elə həmin döyüşdə o, qılıncla topun lüləsini kəsmişdi.

Şah İsmayıl Səfəvi – ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim, 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd - düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində onları neçə illik vergidən azad etdi.

Şah İsmayıl Səfəvi – döyüşlərdə yenilməyən sərkərdə idi. “Ya Əli!” sədası ilə özündən neçə dəfə çox sayda olan qoşuna hücum edib, qalib gələrdi. Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək, qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O, əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvarı olduğu üçün mərmilər onlara daha çox təsir etdi, çünki atlar partlayışdan hürkürdü. Nəticədə qızılbaş ordusu 5 min nəfər, osmanlı ordusu isə 30-40 min arası itki verdi.

Şah İsmayıl Səfəvi – yenilikçi dovlət başçısı idi. Onun dövründə bir yeni islahatlar həyata keçirilmişdi. Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Biz sahib olduğumuz üçrəngli bayrağa görə Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq. Bu, sadəcə bir bayraq deyil. Bu, Azərbaycanın inkişafının düsturudur. Yalnız bayrağımızda olan bu üç çaları inkişaf etdirməklə Azərbaycan hərtərəfli inkişaf edib qüdrətlənə bilər. Diqqət etsək, görərik ki, bayrağımızın özülünü Şah İsmayıl Xətai qoyub. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkcülüyü; yeniliklər edərək – müasirçiliyi; şəriətin əsasında qanunar yaradaraq – dindarlığı.

Şah İsmayıl Səfəvi – İmam Əli (ə) aşiqi idi. Yuxarıda sadalanan bütün xüsusiyyətləri ilə o, əslində Həzrətə (ə) borcludur. Şah İsmayıl Xətai üçün ideal nümunə İmam Əli (ə) idi. Onun bütün cəsarətinin, mərdliyinin, uğurlarının səbəbi bu eşqdə idi – Əli (ə) eşqində.

Alimin dediyi kimi, Şah İsmayılı indiki zəmanə ilə müqayisə etmək düzgün deyil. Belə etsək, biz onda minlərlə hüquq pozuntuları və digər səhvlər taparıq. Düzdür, Şah İsmayıl Xətai ideal deyil və onun özünün öz dövrünə görə də səhvləri olub. Ancaq bu şəxsiyyətin Azərbaycan üçün etdikləri danılmazdır. Onda ləkə axtarıb rüsvay etmək istəyənlər, əvvəlcə Şah İsmayıl Səfəvi Xətainin yüzdə birini Azərbaycan üçün etsinlər. Heç bir dövrdə azərbaycanlının hökmü Gürcüstandan Fars körfəzinə qədər, Orta Asiyadan Bağdada qədər, Anadoludan Hindistana qədər keçməyib. Bax, əsl yeridir ki, deyəsən: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

Şah İsmayıl Səfəvi haqqında həftələrlə silsilə yazılar yazmaq olar. Ancaq elə özünün də etdiyi kimi, 12 İmam (ə) eşqinə burada onun 12 xüsusiyyətini sizin nəzərinizə çatdırdım. İndi özünüz deyin: bu Şah hər hansı bır şahla müqayisə oluna bilərmi?

Hüseyn Zəlzələ



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor