YƏQİNİN DƏRƏCƏLƏRİ 06.01.2012 Cume moizesi
Bu cumede Haci Sahib YƏQİNİN DƏRƏCƏLƏRİ haqqinda behs etdi.
Bura qədər kufr və nifaqın mərhələləri ilə qısaca tanış olduq. Həmcinin şəkkin əksi olan yəqinin də uc mərhələsi vardır. Elmul-yəqin, eynul-yəqin və həqqul-yəqin. Hər ucunun adı Qurani-Kərimdə gəlmişdir. Birinci və ikincinin adı “Təkasur” surəsinin 5-7-cı, ucuncunun adı isə “Haqqə”surəsinin 51-ci və “Vaqiə”surəsinin 95-ci ayələrində qeyd olunmuşdur. Əvvəlcə “Təkasur” surəsinin 1 və 2-ci ayələri haqda: Allah Təala bu ayələrdə buyurur: “Sizi bir birinə qarşı fəxr etmək azdıraraq ozunə məşğul edib. Hətta qəbirləri ziyarət edirsiz.”
Yəni cahil ərəblər bir-birilərinə elə fəxr edirdilər ki hətta necə illər bundan qabaq olmuş ata-babalarının kohnə qəbirlərinin ziyarətinə gedərək onlara fəxr edib saylarını artırır və bununla da ozlərini ustun hesab edirdilər. Əli (ə) bu yəni oxuduqdan sonra “Nəhcul-bəlağə” xutbə 214 də belə buyurur: “Əcəba! Necə də olduqca uzaq bir məram və məqsəd! Necə də qəflətli bir ziyarət! Necə də biyabırcı bir fəxr etmə! Onlar illər bundan qabaq torpaq olmuş insanların curumuş sumuklərini, eləcə də bu uzaq məkan fasiləsindən onların halına fayda verə bilməyən şəxslərin xatirəsini yad edirlər. Şərəf curumuş sumuklərlə deyil, ali məqsədlərlədir. Ata-bablarının xaraba qalmış yatdıqları yerəmi fəxr edirlər? Həlak olaraq olənlərinin sayını saymaqla ozlərini coxaltmaqmı istəyirlər? Yoxsa ət və sumukləri bir-birindən ayrılmış və butun hərəkətləri sukunətə cevrilmiş cəsədlərin qayıtması həvəsindədirlərmi? Onlar iftixar mənbəyi olmaqdan cox ibrətə layiqdirlər.”
Nəhcul-bəlağə kitabına şərh yazmış boyuk əhli sunnə alimi İbn Əbil Hədid Motəzili deyir: “And olsun Allaha! Əlli il bundan qabaqdan indiyə qədər min dəfədən artıq oxuduğum bu xutbə hər dəfə bədənimə bir lərzə salmış, butun vucudumu titrətmiş, mənim ucun hər dəfə yeni bir qorxu, moizə və nəsihət yaradaraq ruhumda mohkəm təsir qoymuşdur. Hec vaxt olmayıb ki onu oxuduğum an fikirləşərək dunyasını dəyişmiş yaxınlarımı xatırlamayım və hər dəfə məndə elə bir təsəvvur yaranmışdır ki mən elə İmamın vəsf etdiyi həmin şəxsəm. Nə qədər natiq və xətiblərin bu barədə moizələrinə qulaq asmışam və onların sozləri məni fikrə qərq edib. Amma hec birində İmamın sozunun bu qədər təsirini tapmamışam. Bu təsir yalnız onu soyləyənə xas olan imandan yaxud da onun niyyət, ixlas və yəqinindən qaynaqlanır ki bu qədər ruhlara nufuz edə bilir. Yaxşı olar ki ərəbin butun natiq, xətib, fəsih və bəliğ insanları bir məclisdə taoplanaydı və oxunan bu xutbənin qarşısında səcdə edəydilər. Muaviyə deyir: And olsun Allaha! Qureyşin fəsahətinin əsasını Əli(ə)-dan başqası qoymadı.”
İnsannın iftixar və təkəbburunun səbəbi onun ilahi savab və cəzaya nadanlığı və yəqinsizliyidir. Əgər insan Qurani-Kərimdə təkəbburlənərək haqdan uz dondərənlərin necə həlak olduqları haqda duşunsə hec vaxt belə bir halı ozunə yaxın buraxmaz. Cunki bilir ki təkəbbur və fəxr etmə insanı kufrə sarı aparır. Onun bir səbəbi də insanın ozundə acizlik, zəiflik, məhrumiyyət və bir nov kiciklik hiss etməsidir. İmam Sadiq(ə) buyurur: “Elə bir insan yoxdu ki o ozundə hiss etdiyi kiciklik və zəifliyə gorə təkəbbur etməsin.” İmam Baqir(ə) buyurur: “Uc şey cahiliyyətin əməllərindəndir. At-babalara fəxr etmək, insanların şərəf və ləyaqətinə tənə etmək və ulduzlardan yağış istəmək.” Əli (ə) buyurur: “İnsanları iki şey həlak etdi. Fəqirlikdən qorxu və fəxr etmək.”
“Fəqirlikdən qorxu” dedikdə insanın yoxsul olacağını duşunub nə yolla olursa olsun var-dovlət toplaması nəzərdə tutulur. İslam Peyğəmbəri buyurur: “Sizin ucun fəqirlikdən qorxmuram. Lakin təkasurdən qorxuram. Təkasur qeyri şəri yolla mal toplamaq,onun haqqını verməmək və onu sandıqlarda saxlamaqdır.” Yenə də O həzrət buyurur: “Adəm ovladı “mənim malım, mənim malım” deyir. Halbu ki onun malı yalnız yediyi yemək, geyindiyi paltar və Allah yolunda ehsan etdiyi puldur.” Yəni insanın boyuk həvəslə topladığı kulli miqdarda maldan istifadə və bəhrəsi sadəcə həmin yediyi bir qarınlıq yemək, geydiyi bir dəst paltar və ytdığı bir otaqdır.
Təkasur surəsinin novbəti ayələrində deyilir. “Əsla belə deyil. Tezliklə biləcəksiz. Daha sonra əsla belə deyil. Tezliklə biləcəksiz.”
Bu təkrar mətləbin təkidi ucun olmaqla yanaşı hədislərə əsasən birincinin qəbr, ikincinin isə qiyamət əzabına aid olduğu bildirilmişdir. Əli(ə) buyurur: “Təkasur surəsi nazil olana qədər bizdən bir dəsətə insan qəbr əzabı ilə bağlı şubhədə idilər. Bu ayələrdən sonra məlum oldu ki Allah Təalanın birincidən məqsədi qəbr əzabı ikincidən məqsədi isə qiyamət əzabıdır.”
Novbəti ayədə isə belə deyilir: “Əsla belə deyil. Əgər (axirətə) elmul-yəqini bilsəydiz.(təkasur sizi azdıraraq ozunə məşğul etməzdi) Əlbəttə cəhənnəmi gorəcəksiz. Daha sonra isə əlbəttə onu eynul-yəqin olaraq gorəcəksiz.”
Həqqul-yəqin haqda ayələr isə belədir: “Əgər yolunu azmış inkarcılardan olsa onun ucun qaynar su vardır. Cəhənnəmə daxil olacaqdır. Bu əlbəttə ki həmin həqqul-yəqindir.”(vaqiə 95)
“Haqqə” 51-də isə buyurur: “Həqiqətən o (Quran) pərhizkarlara bir xatırlamaqdır. Biz sizdən olan inkarcıları bilirik. Həqiqətən o (Quran) kafirlərə həsrətdir. Həqiqətən o əlbəttə ki həqqul-yəqindir.”

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az